"Məhəmməd" filmi Monreal Film Festivalında bir neçə dəfə nümayiş olunub

"Məhəmməd" filmi Monreal Film Festivalında bir neçə dəfə nümayiş olunub
11:13 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Kanadada keçirilən 36-cı Monreal Dünya Film Festivalında iranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd Peyğəmbərə həsr etdiyi film böyük maraqla izlənilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişi böyük ajiotaja səbəb olduğundan bu ekran əsəri festival çərçivəsində dörd dəfə nümayiş etdirilib. Festivalın ən yaxşı filmlərindən hesab edilən "Məhəmməd" filmi əvvəlcə açılış filmi kimi nümayiş olunsa da sonradan kinosevərlərin istəyi ilə təkrar nümayiş etdirilib.
Xatırladaq ki, Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb. Ümumi büdcəsi 30 milyon dollar təşkil edən ekran əsərində animasiya və aksiyon səhnələrdən də istifadə edilib.
Qeyd edək ki, çəkilişlərin bir hissəsi Məkkə və Mədinə şəhərlərində aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotMehemmed_quot_filmi_Monreal_Film_Festivalinda_bir_neche_defe_numayis_olunub-882237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR