Yaşar Vahabzadə: "Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik"

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Avstriya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Verner Gregoritsch (Avstriya yığmasının baş məşqçisi): “Artıq birinci hissədə hesabda 2 top üstünlüyümüz olsa belə, oyunun sonuna qədər gərgin mübarizənin şahidi olduq. Qarşılaşmanın bu məcrada keçəcəyini əvvəlcədən bildiyimiz üçün futbolçulara hesabdan asılı olmayaraq arxayınlaşmamağı tövsiyə etmişdik. Azərbaycan yığmasına bir neçə gün sonra Almaniya komandası ilə keçirəcəyi oyunda uğurlar arzulayıram”.

Yaşar Vahabzadə (Azərbaycan yığmasının baş məşqçisi): “Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik. Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR