Masazırda kafe partladı: yaralılar var

Masazırda kafe partladı: yaralılar var
13:42 28 Yanvar 2015
230 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonununda kafe partlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, hadisə Masazır qəsəbəsində baş verib.

Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızması nəticəsində partlayış baş verib. Daha sonra isə kafedə yanğın başlayıb.

Nəticədə kafenin pəncərə şüşələri sınıb. Hadisə kafedə təmir işləri aparılarkən olub.

Yanğın zamanı iki nəfər yaralanıb. Bunlar təmir işləri aparan qəsəbə sakinləri Elşad AbbasovQabil Quliyev olub. Onlar yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR