x
Loading...
.

Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı

Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı
10:26 5 Sentyabr 2015
140 Digər
Ölkə mətbuatı
A- A+
.

Sentyabrın 15 də işə düşəcək Bakı-Sumaqayıt sürət qatarının işləmə intervalı məlum olub.

ANS PRESS -ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, artıq vaxt cədvəli hazırdır.

“Qatarlar arasında interval pik vaxtlara görə nizamlanacaq. Sumqayıtdan Bakı istiqamətinə səhər saat 6-dən saat 12-yə qədər qatarlar 30 dəqiqə intervalla xidmət gösdərəcək. Əks istiqamətidə isə bu proses saat 16:00-dan 21:00-a kimi davam edəcək."

Nadir Əzməmmədov adi vaxtlarda qatarların 1 saat ara ilə işləyəcəyini bildirdi.


Nadir Əzməmmədov-"Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, Bakı-Sumqayıt istiqamətində kart sisteminin tətbiqi nəzərdə tutulur. Bunun üçün post-terminallar quraşdırılır.

Sentyabrın 2-də Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb.

İlk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.


Bakı-Sumaqayıt istiqamətində hərəkət edəcək yeni sürət qatarı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=359928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR