Belçikada ilk “Apple Store” mağazası açılacaq

Belçikada ilk “Apple Store” mağazası açılacaq
11:26 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Belçikanın paytaxtı Brüsseldə sentyabrın 19-da ilk “Apple Store” mağazası fəaliyyətə başlayacaq.
 
“Apple” şirkətinin Brüsseldə mağaza tikməsi ilk dəfə ötən ilin sonunda məlum olub. Həmçinin şirkətin yerli “Apple Store” üçün əməkdaşlar seçməsi gələn məlumatlar sırasında olub. 
 
İlk mağaza istifadəyə verildikdən sonra “Apple” Belçikanın digər şəhərlərində də bir neçə ticarət nöqtəsi açmaq niyyətindədir. Bu məlumatın təsdiqi kimi şirkətin yeni işçilər axtarması barədə yayılan məlumatları qeyd etmək olar. Şirkətin saytında yerləşdirilən vakansiyalardan məlum olur ki, “Apple” ikinci mağazanı Antverpen şəhərində açmağı planlaşdırır.
 
Şirkətin pərakəndə və onlayn satışlar departamentinin rəhbəri Ancela Arendtsin bildirdiyinə görə, 2015-ci ildə “Apple” dünyada 25 “Apple Store” mağazası açmağı nəzərdə tutur, - "Macdigger” yazır.
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38554-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR