Bakıda bəzi avtobus xətləri yenilənib

Bakıda bəzi avtobus xətləri yenilənib
11:28 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması və sakinlərin müraciətlərini nəzərə alaraq 62, 70 və 92 nömrəli avtobus marşrut xətlərində də dəyişiklik edib.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-dən 62 nömrəli marşrut avtobusunun hərəkət cədvəli Sabunçu qəsəbəsi-“Koroğlu” metro stansiyası–Heydər Əliyev prospekti-Atletlər kəndi-Xəlil Rza küçəsi-nəqliyyat qovşağı-Ziya Bünyadov prospekti və sonra mövcud xətti, əks istiqaməti mövcud xətti ilə təşkil edilib. Daha sonra hərəkət cədvəlində sentyabrın 1-dən dəyişiklik edilən 70 nömrəli marşrutun istiqaməti “Neftçilər” metro stansiyası-Qara Qarayev prospekti–Ə.Vəliyev küçəsi–M.Abbasov küçəsi–M.Əliyev küçəsi–Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmən xətt üzrə olmaqla əvəz olunub.
38 nömrəli marşrutun yeni xətti Keşlə qəsəbəsi–H.Əliyev prospekti–“Şəfa” stadionu–M.Nərimanov küçəsi–“Ulduz” metro stansiyası–Heydər Əliyev prospekti–A.Nemətulla küçəsi və sonra mövcud xətti ilə əvəz olunub.
92 nömrəli marşrutun xəttində sentyabrın 3-dən dəyişiklik edilərək Yeni Avtovağzal–Sumqayıt şosesi-Moskva prospekti-A.Mustafayev küçəsi-Cavadxan küçəsi-“Memar Əcəmi” metro stansiyası və əks istiqaməti “Memar Əcəmi” metro stansiyası-Cavadxan küçəsi-A.Məhərrəmov küçəsi və sonra mövcud xətt daxil olmaqla əvəz olunub.
“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Səbail rayonu sakinlərinin “Sədərək” ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair çox saylı müraciətlərini nəzərə alaraq, hərəkət cədvəli “Sədərək” ticarət mərkəzi-Salyan şosesi-Bibiheybət məscidi-20-ci sahə-Bibiheybət yolu-M.Useynov küçəsi-O.Abbasov küçəsi kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edib. 120 saylı marşrut xəttinin əks istiqaməti isə Ə.Yaqubov-Bibiheybət yolu-20-ci sahə-Muxtarov küçəsi-Bibiheybət məscidi-Salyan şosesi-“Sədərək” ticarət mərkəzidir.
Həmçinin, Lökbatan qəsəbəsi sakinlərinin də çoxsaylı müraciətləri nəzərə alınaraq, sentyabrın 3-dən 124 nömrəli marşrutun xəttində dəyişiklik edilərək avtobusların hərəkəti Lökbatan qəsəbəsi–Binə ticarət mərkəzi–Lökbatan dairəsi–Salyan şosesi–20-ci sahə-Bibiheybət yolu–M.Useynov küçəsi–O.Abbasov küçəsi kəsişməsindən dönməklə və əks istiqaməti Ə.Yaqubov küçəsi–Bibiheybət yolu–20-ci sahə–Salyan şosesi–Lökbatan dairəsi–Binə ticarət mərkəzi–Lökbatan qəsəbəsi olmaqla təşkil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_bezi_avtobus_xetleri_yenilenib-882241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR