"Xəzər Lənkəran"da qapıçılar üçün seminar keçirildi

Ötən gün "Xəzər Lənkəran" Mərkəzi Stadionunda aşağı yaş qruplarının qapıçılarının iştirakı ilə interaktiv seminar keçirilib.

Metbuat.az klubun "Facebook" hesabına istinadən xəbər verir ki, seminara "Xəzər Lənkəran"ın əsas komandasının qapıçılar üzrə məşqçisi Vidadi Hüseynov rəhbərlik edib. Hər yaş qrupunun qapıçılarına müvafiq məsləhətlərini verən Hüseynov əsas və əvəzedici heyətdə çıxış edən klubun yetirmələri olan qapıçılara dair nümunələr gətirib, yeniyetmələrin suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR