"Xəzər Lənkəran"dan maraqlı addım

Dünən "Xəzər Lənkəran Mərkəzi Stadionu"nda Ailə, Uşaq İnkişaf Mərkəzinin və Loqopedik Psixoloji Mərkəzin nümayəndələri ilə 10-13 yaş arası futbolçular, onların valideynləri və akademiyanın məşqçiləri arasında görüşlər keçirilib.

Kiçik yaşlı futbolçularla fərdi psixoloji söhbətlər aparılıb. Mütəxəssislər gündəlik məşq çalışmaları prosesində uşaqların üzləşdiyi problemlər, məşqçilərlə münasibətlər, kollektiv daxilində ünsiyyətlə bağlı suallarını verib. Bundan əlavə psixoloqlar tərəfindən uşaqların valideynlərinə ümumi və fərdi tövsiyyələr edilb, məşqçilərlə fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR