Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində daha bir görüş keçirilib.
Metbuat.az-ın məlumatına görə, Serbiya Ermənistanı qəbul edib. Görüş ev sahiblərinin üstünlüyü şəraitində keçib. 22-ci dəqiqədə Ayrapetyan avtoqolla yadda qalıb. İkinci hissənin əvvəllərində fərqlənən Adam Lyaiç isə yekun hesabı müəyyənləşdirib: 2:0.
Avro-2016 təsnifat mərhələsi
Serbiya - Ermənistan - 2:0
Qollar: Ayrapetyan, 22 (öz qapısına), Lyaiç, 53
Oyunun videoicmalını təqdim edirik.