x
Loading...

Ötən il Azərbaycanda aparılan cərrahiyyə əməliyyatlarının sayı açıqlanıb

Ötən il Azərbaycanda aparılan cərrahiyyə əməliyyatlarının sayı açıqlanıb
10:53 5 Sentyabr 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 5 sentyabr, AZƏRTAC
Ötən il Azərbaycanın xəstəxanalarında 238 min 100, ambulator-poliklinika müəssisələrində isə 102 min 100 cərrahiyyə əməliyyatı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər 2014-cü ildə ölkəmizdə aparılan cərrahiyyə əməliyyatlarının sayında çoxalma müşahidə olunduğunu göstərir. Belə ki, 2013-cü ildə xəstəxanalarda 183 min 900, ambulator-poliklinika müəssisələrində isə 66 min 300 cərrahiyyə əməliyyatı yerinə yetirilib.
Rəsmi nəşrdə bildirilir ki, ötən il cərrahiyyə əməliyyatı edilmiş xəstələrin sayı xəstəxanalarda 163 min 300 nəfər təşkil edib. Ambulator-poliklinika müəssisələrində isə 71 min 700 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Azerbaycanda_aparilan_cerrahiyye_emeliyyatlarinin_sayi_achiqlanib-882252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR