Zəzlələ Şəkidə 200-dən çox evə ziyan vurub

11:58 5 Sentyabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Elmir Murad/

Şəkidə baş vermiş zəlzələ nəticəsində 200-dən çox evdə iri çatlar əmələ gəlib. Bunu Trend-ə açıqlamasında Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.

Onun sözlərinə görə, zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işçi qrupu yaradılıb və hazırda yerlərdə araşdırma aparılır.

Onun sözlərinə görə, sentyabrın 4-də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Fövqəladə Hallar Nazirliyindən olan nümayəndələr və İşçi qurupu zəlzələ baş verən yerlərə baxış keçirib: “Şəhər və kəndlərdə evlərə baxış keçirilir. Evlərə dəymiş ziyan müəyyənləşdirilir. Tam uçan və dağılan obyekt yoxdur. Amma qeyd etdiyim kimi ümumilikdə kənd və şəhər üzrə bəzi evlərdə iri çatlar yaranıb. Bununla yanaşı bəzi məktəb və uşaq baxçaları da qəzalı vəziyyətə düşüb”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2430197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR