Bakı-Quba yolunda ağır qəza: 2 ölü, 3 yaralı

Bakı-Quba yolunda ağır qəza: 2 ölü, 3 yaralı
12:04 5 Sentyabr 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölən və xəsarət alanların adları dəqiqləşdirilir

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun rayonunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Mitsubishi Pajero” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR