Vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar

Vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar
12:13 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 
Yaxın zamanlarda vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, indi istifadə olunan “ASAN imza” və “E-imza” vahid bir qurğuda birləşdiriləcək və eyni sertifikatda həm mobil, həm də kart vasitəsi ilə elektron “Asan İD” kart imzanın tətbiqinə başlanılacaq.
Eyni zamanda, kameral yoxlamaların da tam avtomatlaşdırılması prosesi başa çatmaq üzrədir. Gələcəkdə vergi ödəyiciləri və vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün yeni layihələr həyata keçiriləcək. Nazirliyin bu istiqamətdə gördüyü işlər davamlı xarakter daşıyacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergi_odeyicileri_daha_tekmil_elektron_xidmetlerden_yararlanacaqlar-882262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR