“Azadlıq” stansiyasında sərnişinlər evakuasiya edildi

“Azadlıq” stansiyasında sərnişinlər evakuasiya edildi
12:21 5 Sentyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Dərnəgül stansiyasından Həzi Aslanov isitqamətində hərəkət edən qatarda nasazlıq baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS -ə açıqlamasında nasazlığın “Azadlıq” stansiyasında baş verdiyini bildirib.

“Yay vaxtının davam etməsi ilə əlaqədar qatarlar arasında interval 5-6 dəqiqədir. Amma qatarda yaranan texniki problemlə bağlı interval 10 dəqiqəyə qədər uzanıb. Problem yaranan qatardan sərnişinlər boşaldılıb və təmir üçün depoya göndərilib”.


Nəsimi Paşayev -“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri


Nəsimi Paşayev xəttə ehtiyat qatarın buraxıldığını və hazırda “Bakı Metropolitenin”də işin qrafikə uyğun davam etdiyini bildirirdi.


“Bakı Metropolitenin" marşrut xəttləri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=359933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR