x
Loading...

Novruz Məmmədov: "Parlament seçkiləri ilə bağlı Avropa İttifaqının bəyanatları artıq hazırdır"

Novruz Məmmədov: "Parlament seçkiləri ilə bağlı Avropa İttifaqının bəyanatları artıq hazırdır"
11:34 5 Sentyabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan hökuməti parlament seçkiləri ilə bağlı bəyanatlarınAvropa İttifaqının müvafiq strukturlarında əvvəlcədən hazırlandığı barədə məlumat əldə edib.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

 

“Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb”, - deyə o qeyd edib.  

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR