Almanlar polşalılardan qisas aldı

Almanlar polşalılardan qisas aldı
12:36 5 Sentyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Avropa çempionatının ( AÇ-2016) seçmə mərhələsi çərçivəsində artıq bir neçə oyun keçirilib.

ANSPRESS-in məlumatına görə ötən gecə 3 qrupda ümumilikdə 8 qarşılaşma baş tutub.

"D" qrupunda Gürcüstan - Şotlandiya, Almaniya - Polşa, Cəbəli-Tariq - İrlandiya yığmaları üz-üzə gəlib.

Gürcüstan millisi doğma divarlar arasında Şotlandiya yığmasını qəbul edib. Oyunda cəmi bir qol vurulub. 38-ci dəqiqədə Valeriy Kazaişvili fərqlənib. Beləliklə Gürcüstan - Şotlandiya oyunu 1-0 hesabı ilə başa çatıb.


Gürcüstan - Şotlandiya matçı.


Günün mərkəzi matçı isə Almaniya ilə Polşa arasında baş tututub. Hesabı ilk olaraq meydan sahibləri açıblar. 12-ci dəqiqədə Tomas Müller adını tabloya yazdırmağı bacarıb. 7 dəqiqə sonra isə Mario Götze fərqlənib. Polşalı futbolçular isə buraxılmış qollardan birinin əvəzini 36-cı dəqiqədə çıxıblar. Robert Levandovski Kamil Qrosickinin ötürmasini qola çevirib. Oyunun əsas vaxtının bitməsinə 8 dəqiqə qalmış isə Mario Götze dubl edərək Almaniyanın Polşa üzərində 3-1 hesablı qələbəsini rəsmiləşdirib.


Almaniya - Polşa matçı


Cəbəli-Tariq isə öz meydanında İrlandiya millisini qəbul edib. Meydan sahibləri artıq matçın 29-cu dəqiqəsində qapılarında qol görüblər. Sayres Kristi komanda yoldaşının ötürməsini qola çevirib. İkinci hissədə isə azarkeşlər vurulan 3 qola şahidlik ediblər. 49-cü dəqiqədə və 51-ci dəqiqələrdə Roy Kin, 79 da isə Şeyn Lonq fərqlənib.


Cəbəli-Tariq - İrlandiya matçı


"D" qrupunda Almaniya yığma komandası 16 xalla 1-ci, Polşa isə 14 xalla 2-ci yerdə qərarlaşıb.


"D" qrupunun cədvəli.

Sentyabrı 3-də isə "A", "B" və "H" qruplarında keçirilən 9 matçda qapılara 17 qol vurulub. "H" qrupunda Xorvatiya yığması ilə görüşən millimizin qazancı bir xal olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=359925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR