Tacikistanın güc strukturları yaraqlıların axtarışını davam etdirir

Tacikistanın güc strukturları yaraqlıların axtarışını davam etdirir
12:38 5 Sentyabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Tacikistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri və Milli Təhlükəsizlik komitəsinin əməkdaşları Düşənbədən 40 kilometr şərqdə yerləşən Ramit dərəsi rayonunda yaraqlıların axtarışı üzrə əməliyyat keçirir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ötən gün Tacikistanın müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodun başçılıq etdiyi yaraqlılar Düşənbədən 20 kilometr şərqdə yerləşən Vaxdat şəhərindəki Daxili İşlər İdarəsinə və respublikanın Müdafiə Nazirliyinin mərkəzi aparatına hücum ediblər. Hücum nəticəsində 8 milis əməkdaşı həlak olub. Eyni zamanda, 9 yaraqlı öldürülüb və daha 6 yaraqlı isə ələ keçirilib. Dəstənin başçısı Nazarzod sayı hələ bəlli olmayan tərəfdarları ilə Ramit dərəsi istiqamətində geri çəkilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri ötən gecənin sakit keçdiyini, güc strukturlarının vəziyyətə tam nəzarət etdiyini bildirib. Düşənbə şəhərinə aparan bütün yollar milis dəstələrinin əlavə dayaq postları ilə gücləndirilib, hər iki istiqamətdə hərəkət edən avtomobillər diqqətlə yoxlanılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanin_guc_strukturlari_yaraqlilarin_axtarisini_davam_etdirir-882265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR