Sabirabadda “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib

Sabirabadda “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib
12:53 5 Sentyabr 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+


Sabirabad, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı könüllülük fəaliyyətinin təbliği məqsədilə Sabirabadda “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə Beyləqan, İmişli, Saatlı, Şirvan və Sabirabad rayonlarından ümumilikdə 80 gənc cəlb edilib. İlk olaraq iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında təlimlər keçirillib.
Layihə çərçivəsində gənclərə könüllük fəaliyyətini praktiki cəhətdən öyrədilməsi məqsədilə rayon ərazisində ağacların əkilməsi və 1000 ailəyə könüllük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlərlə bağlı maarifləndirici bukletlərin paylanması nəzərdə tutulur.
On beş gün davam edəcək layihənin əsas məqsədi gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə region gənclərinin rolunun artırılmasına nail olmaqdır.
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi çərçivəsində təlimlər Sabirabadla yanaşı, Bakı, Sumqayıt, Bərdə, Gəncə, Qəbələ, Quba və Masallı rayonlarında da təşkil olunacaq və ümumilikdə 600 gənci əhatə edəcək. Həmçinin bir sıra sosial yönümlü aksiyalar keçiriləcək və 50 min ailə maarifləndiriləcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabirabadda_Konulluler_Yurdu_Azerbaycan_layihesine_start_verilib-882272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR