Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində biletlərin satışı istiqamətində hazırlıq işləri görülür

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində biletlərin satışı istiqamətində hazırlıq işləri görülür
12:53 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xəttində sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək.
“Azərbaycan Dəmir yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Sumqayıt sərnişin stansiyasında köhnə inzibatı bina artıq tamamilə sökülüb və orada məskunlaşan 52 qaçqın ailəsi köçürülərək hər birinə 30 min manat kompensasiya ödənilib. Köhnə inzibati binanın yerində isə yenisi inşa olunur.
QSC-dən onu da bildiriblər ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində biletlərin satışı istiqamətində də hazırlıq işləri görülür.
Bakı sərnişin stansiyasında, Biləcəri və Sumqayıt stansiyalarında turniketlər quraşdırılıb. Bundan əlavə avtomatik işləyən terminallar quraşdırılacaq və pul ödəməklə biletləri əldə etmək mümkün olacaq. Gələcəkdə isə kart sisteminə keçidin nəzərdə tutulduğu bildirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Xirdalan_Sumqayit_sernisin_sahesinde_biletlerin_satisi_istiqametinde_hazirliq_isleri_gorulur-882271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR