"Yeddi oğul istərəm"in Cəlalı xanımının faciəli ölümündən danışdı - FOTO

"Yeddi oğul istərəm"in Cəlalı xanımının faciəli ölümündən danışdı - FOTO
12:57 5 Sentyabr 2015
197 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Ənvər Həsənov həyat yoldaşı, "Qaçaq Nəbi" filminin Həcərini oynayan Mömünatın faciəli ölümündən danşıb. Milli.Az bildirir ki, gecce.az-a açıqlama verən aktyor xanımını belə xatırlayıb:

"Biz nişanlı olanda onunla birlikdə "Dərviş Parisi partladır" filmində çəkilmişdik. Küçəyə çıxa bilmirdik, hamı bizdən danışırdı.Düzdür,o Incəsənət universitetini bitirsə də aktrisa kimi çalışmırdı. Bu filmdən sonra ona çox dəvətlər gəlməyə başladı,amma mən ekranda sıx görünməyini istəmirdim."Qaçaq Nəbi" filmi çəkiləndə Həcəri çox axtardılar. Elə oldu ki,bu rola onu təsdiqlədilər. Mən də bu filmdə Sirac roluna təsdiq olunmuşdum.
At çapmaq, qılınc oynatmaq onun canında da vardı. Çox vətənpərvər, qəhrəman qadın idi. Biz yeni il ərəfəsində maşınla evə qayıdarkən qəzaya düşdük. Həyat yoldaşımı qəzada itirdim. Onun ölümü məni çox sarsıltdı. 
Sevinirəm ki, o 3 filmdə çəkilib, yadda qaldı.Onun yoxluğu ilə barışa bilmirəm, biz hər gün danışıb söhbətləşirik. Dərdimi onunla bölüşürəm. Mömünatın yoxluğu mənim üçün böyük itkidir" deyə aktyor bildirdi.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/367168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR