Dünyanın ən balacaboy adamı öldü

Dünyanın ən balacaboy adamı öldü
13:08 5 Sentyabr 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Dünyanın ən balacaboy adamı Çandra Bahadur Danqi ağır xəstəlikdən sonra vəfat edib. 76 yaşlı nepallı pnevmoniyadan əziyyət çəkirdi.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, sirkdə işləyən Çandra Bahadur Danqi planetimizdə indiyə qədər yaşayan insanların arasında ən balacaboy adam kimi Ginnesin rekordlar kitabına düşmüşdü. Onun boyu 54,6 santimetr idi.
Keçən ilin noyabr ayında Londonda keçirilən Ginnesin dünya rekordları günü çərçivəsində Danqi planetin ən hündür adamı, 2,51 metr boyu olan Türkiyə vətəndaşı Sultan Kösen ilə tanış olmuşdu.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyanin_en_balacaboy_adami_oldu-882278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR