Milli.Az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında imzalanmış ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etdirilməkdədir. Müqaviləyə əsasən Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabr ayının əvvəllərində A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq") və Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşaları ilə çıxış edəcək.
Məlumat üçün bildirək ki, Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov tərəfindən Kalmık Milli Dram Teatrında ötən mövsüm quruluş verilmişdir.
26-30 oktyabr tarixlərində isə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.
Milli.Az