İslam Əməkdaşlıq Təşkilatı miqrant məsələsini həll etmək üçün Avropa İttifaqı ilə birgə hərəkət etməyə hazır olduğunu bəyan edib

13:37 5 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 13:32 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Aralıq dənizində ölən və ya Avstriyada yük maşınında boğulan suriyalılardan heç biri Suriya böhranı və ya onun qarşısının alınmadığı üçün cavabdeh deyil”.

 

APA-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni bəyanatında bildirib. O bu faciələrə tez bir zamanda son qoyulmalı olduğunu deyib: “Mən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri və beynəlxalq ictimaiyyəti fikir ayrılıqlarını kənara qoyaraq bütün səyləri Suriya xalqı və qaçqınlara kömək etmək üçün səfərbər etməyə çağırıram. Bu, Orta Şərq, Suriya, Avropa, müsəlman problemi deyil, beynəlxalq humanitar böhrandır.

 

Dünya qeyri-stabillik və münaqişələrlə dolu bir dövrə şahidlik edir ki, bu da BMT-nin dediyi kimi, 2-ci Dünya Müharibəsindən sonra ən böyük qaçqın, sığınacaq axtaran və daxili miqrantların böyük bir ordusunu yaradıb. İslam Əməkdaşlıq Təşkilatı Avropa İttifaqı, ona üzv ölkələr və onların tərəfdaşları ilə Suriya qaçqınlarının sülh və layiqli şəkildə yaşaya biləcəkləri yerlərə yerləşdirilməsi üçün birgə hərəkət etməyə hazırdır. Biz böyük faciələrin qarşısını almaq üçün bu gün hərəkətə başlamalı, birlikdə hərəkət etməliyik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR