x
Loading...
.

İmişli rayonunun Boşçalılar kəndinə ilk dəfə təbii qaz verilib

İmişli rayonunun Boşçalılar kəndinə ilk dəfə təbii qaz verilib
12:48 5 Sentyabr 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+
.


İmişli, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişli rayonunun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 1848 nəfər əhalisi olan Boşçalılar kəndinə ilk dəfə “mavi yanacaq” verilib. Kəndə birpilləli sistem üzrə uzunluğu 30 min 156 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili paylayıcı qaz xətləri çəkilib, 326 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıb. O, son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açaraq Boşçalılar kəndinə təbii qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi səciyyələndirib. Qeyd olunub ki, indiyədək rayonun 40 yaşayış məntəqəsindən 11-i qazlaşdırılıb. Yaxın günlərdə daha beş kəndə “mavi yanacaq” veriləcək. İlin sonunadək isə rayonun yaşayış məntəqələrinin 50 faizinin qazlaşdırılması nəzərdə tutulur.
Qəsəbə sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imisli_rayonunun_Boschalilar_kendine_ilk_defe_tebii_qaz_verilib-882282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR