Dəmiryolçuların idman spartakiadası keçirilir

Dəmiryolçuların idman spartakiadası keçirilir
14:08 5 Sentyabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Bu gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına, Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyinə və dəmiryolçuların həmkarlar təşkilatının yaranmasının 110 illiyinə həsr olunmuş idman spartakiadasına start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a verılən məlumata görə, spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) sədri Fəzail Bağırov çıxış edərək bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib. Bütün bu işlərdə MHİRK-i Səhmdar Cəmiyyətin rəhbərliyi ilə daim əməkdaşlıq etmişdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.
Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Spartakiadanın minifutbol, voleybol, futbol, stolüstü tennis və nərd üzrə yarışları Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində, şahmat və dama üzrə yarışları “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında keçiriləcək. Spartakiadada ümumilikdə 300-dən çox dəmiryolçu-idmançı iştirak edəcək.
Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.
Sonra yarışlara start verilib. Spartakiadada “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin, infrastruktur və yük daşımaları departamentlərinin komandaları yarışırlar.
Dəmiryolçuların idman spartakiadası sentyabrın 6-dək davam edəcək.
Spartakiadanın sonunda qaliblərə diplom və pul mükafatları veriləcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Demiryolchularin_idman_spartakiadasi_kechirilir-882284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR