Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

14:17 5 Sentyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 14:12 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Emil Əliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nəsimi rayonu 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmış paytaxt sakini Ruslan Gülmalıyev tutulub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR