Bakı. Musa Əhmədov – APA-economics. Gəncə Alüminium Kompleksinin istehsal gücü artırılacaq.
“APA-Economics”in məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında Əmlak Məsələləri Dövlət Komitəsinə bununla bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.