Almaniya və Avstriya suriyalı qaçqınları qəbul etməyə başlayıb

14:32 5 Sentyabr 2015
67 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 14:28 ]


Bakı. Məlahət Nəcəfova - APA. Yüzlərlə suriyalı qaçqını daşıyan ilk qatar bu gün Budapeştdən Vyananın qərb vağzalına daxil olub.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, onları sərhəddə könüllülər qarşılayıb, çörək, meyvə, su, zəruri əşyalar təklif ediblər. Dəmiryolu işçilərinin hesablamalarına görə, 350 qaçqın bu gün Vyanaya daxil olub. Avstriya polisi gün ərzində Macarıstan sərhədindən 10 min suriyalı qaçqının keçəcəyini gözləyir.

 

Avstriya rəhbərliyi hələlik qaçqınların daşınması üçün 2 qatar ayırıb. Daha bir heyət isə Zaltsburq istiqamətində hərəkət edir. Bu qatarda 450 qaçqın var. Onların böyük əksəriyyətinin məqsədi daha sonra Almaniyaya keçməkdir.

 

Daha 4 min miqrant ötən gün səhər onları Almaniyaya daşıyacaq qatarı gözləmədən Budapeştdən piyada yola düşüb. Axşama yaxın Macarıstan hökuməti onlar üçün 100 avtobus ayırmaq qərarına gəlib. Miqrantlar səhərə yaxın sərhədi keçiblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR