Neftin taleyi həll olunur

Neftin taleyi həll olunur
14:52 5 Sentyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın kralı Salman ibn Əbdül-Əziz al Səud ilk dəfə ABŞ-a rəsmi səfər edib. 
Milli.Az APA-ya istinadən bildirir ki, kralın Ağ Evdə prezident Barak Obama ilə görüşündə İranla nüvə anlaşmasından sonra Tehranın destruktiv addımlar atacağı halda planlaşdırılan tədbirlərdən, Yaxın Şərqdə sülhün əldə olunması üçün görülən işlərdən, İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.

Görüşdə həmçinin neftin qiyməti və Yəməndə husi üsyançılarına qarşı Səudiyyə Ərəbistanının hava əməliyyatları barədə də danışılıb.

Görüşdən əvvəl Ağ Evin yaxınlığında bir qrup şəxs Səudiyyə Ərəbistanının siyasətinə qarşı etiraz aksiyası keçirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/367233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR