Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başa çatdı (FOTO)

Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başa çatdı (FOTO)
15:18 5 Sentyabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bu gün Bakı Gimnastika Məktəbində (BGM) akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başa çatıb. Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu və Bakının Nizami rayonunun İdman Məktəbini təmsil edən 36 gimnast iştirak edib.

Yarışların yekunu üzrə 11-16 yaş kateqoriyasında birinci yeri “Neftçi” klubunun qadın cütlüyü (Əzizə Quliyeva və Zamira Rzayeva) tutub.

12-18 yaş kateqoriyasında birinci yeri “Neftçi”nin qadın cütlüyü (Ceyla Zəkiyeva və Mina Beydiyeva), ikinci yeri Səfiyə Babayeva və Nərgiz Heybətova (“Neftçi” klubu), üçüncü yeri isə Valeriya Yazmina və Ləman Məmmədova (BGM) tutublar.

Kişi cütlüklərində 12-18 yaş kateqoriyasında birinci yeri Seymur Cəfərov və Murad Əkbərov (BGM), ikinci yeri Seymur Babayev və Bəxtiyar İbrahimov (Nizami rayon İdman Məktəbi), üçüncü yeri isə Rəşid Abbasov və Daniel Abbasov (BGM və “Neftçi) qazanıblar.

Qarışıq cütlüklərdə 12-18 yaş kateqoriyasında birinci yeri Nurcan Cabbarlı və Ağasif Rəhimov (BGM), ikinci yeri Abdullah əl-Maşayxi və Ruhidil Qurbanlı (BGM), üçüncü yeri isə Zəhra Əliyeva və Müşfiq Məmmədov (BGM) tutublar.

Qadın cütlüyündə 11-16 yaş kateqoriyasında birinci yeri Ləman Zeynalzadə, Ayla Zakiryayeva və Səmra Əsgərzadə (“Neftçi” klubu) tutub.

Yuxarı yaş kateqoriyasında isə birinci yeri Nərmin Ramazanova, Aynur Hüseynova və Lalə Hüseynova (BGM) tutublar.

Finalçılara hədiyyə və mükafatlar təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2430291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR