“Azərbaycan muğamşünaslığı keçmişdən gələcəyə” adlı elmi seminar keçirilib

14:07 28 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 14:04 ]


Bakı. Könül Kamilqızı - APA. Bu gün AMEA Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan muğamşünaslığı keçmişdən gələcəyə” adlı elmi seminar keçirilib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan institutun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq doktoru Sevil Fərhadova dövlətin bu dəyərli sərvətə xüsusi qayğı və diqqətlə yanaşdığını bildirib.

 

O qeyd edib ki, insan istedadının yaradıcılıq sahəsindən biri olan muğam öz fəlsəfəsi, estetikası, obrazlar aləmi ilə məhz insanlar və xalqlar arasında qarşılıqlı anlaşmanın, harmonik ictimai münasibətlərin bərqərar olmasına yönəlib. Muğam təkcə təbii-etnik yayılma arealına görə deyil, həm də fövqəlmədəni mahiyyətinə görə bəşər mədəniyyətinin inkarolunmaz fenomenidir.

 

S.Fərhadova institutda yeni yaranmış Muğamşünaslıq şöbəsinin fəaliyyət istiqamətləri, Azərbaycan muğam sənətinin inkişafı, müasir dönəmdə bu sahədə yaranmış problemlər və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib.

 

Seminarda həmçinin yaxın günlərdə çap olunacaq “Azərbaycan muğamşünaslığı: problemlər, prespektivlər” toplusuna daxil ediləcək məruzələr dinlənilərək müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR