Metroda intihar edən şəxsin kimliyi məlum oldu

Metroda intihar edən şəxsin kimliyi məlum oldu
16:06 5 Sentyabr 2015
384 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin "28 May" metrostansiyasında intihar edən şəxsin kimliyi məlum olub.

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS -ə açıqlamasında həmin şəxsin 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviç olduğunu bildirib. İntihar edən şəxs Rusiya vətəndaşı olub.


Nəsimi Paşayev-Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri


Metropoliten rəsmisi həmçinin hazırda sərnişinlərin metrodan sərbəst şəkildə istifadə etdiklərinin bildirib.

“Hadisədən sonra qatarların fəaliyyəti bir neçə müddət dayandırıldı. Ölən şəxsin meyiti relslərin üzərindən götürüldükdən sonra qatarların fəaliyyəti bərpa olunub. Hazırda sərnişinlərin istifadəsindədir".

Bədbəxt hadisə bu gün Bakı Metropoliteninin "28 May" metrostansiyasında baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 30 yaşlı oğlan sevdiyi qızla mübahisə etdikdən sonra bu addımı atıb.

Amma hadisənin baş verməsinin dəqiq səbəbləri araşdırılır.


Hadisənin baş verdiyi "28 May" metrostansiyası


Həmçinin oxuyun: Bakı metrosunda intihar

“Azadlıq” stansiyasında sərnişinlər evakuasiya edildi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=359959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR