"Intel" kvant kompyuterlərinə investisiya yatırır

"Intel" kvant kompyuterlərinə investisiya yatırır
16:08 5 Sentyabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
"Intel" şirkəti kvant kompyuterinin yaradılmasına 50 milyon dollar məbləğində sərmayə yatırmağa hazırlaşır. Niderland tətbiqi tədqiqatlar təşkilatı və Delft Texnologiya Universitetinin mütəxəssisləri kvant kompyuterlərinin hazırlanması ilə məşğul olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "Intel" şirkəti və tərəfdaşları yaxın on ildə kvant kompyuterini yaratmağı planlaşdırır. Niderland maliyyə dəstəyindən başqa dünyanın ən böyük çip istehsalçısından mühəndislik dəstəyi ilə təmin olunacaq. Adi kompyuterdən fərqli olaraq kvant qurğusunda 0 və 1 qiymətini ala bilən bitlərdən deyil, kubitlərdən istifadə edilir. Perspektivli kompyuter kvant mexanikasının qanunları əsasında işləyir və alimlər vurğulayır ki, ənənəvi kompyuterlə müqayisədə bir sıra məsələləri daha sürətli icra edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotIntel_quot_kvant_kompyuterlerine_investisiya_yatirir-882317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR