"Xeyir ilə Şərin rəqsi" bədii filminin çəkilişləri yekunlaşır

"Xeyir ilə Şərin rəqsi" bədii filminin çəkilişləri yekunlaşır
16:08 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal olunun "Xeyir ilə Şərin rəqsi" bədii filminin çəkilişləri tamamlanmaq üzrədir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən filmin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub.
Xalq Yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan "Xeyir ilə Şərin rəqsi" filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur.
Əsas süjet xəttini Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışından bəhs edən filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotXeyir_ile_Serin_reqsi_quot_bedii_filminin_chekilisleri_yekunlasir-882315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR