MN: Son bir həftədə Ermənistanın 7 hərbi qulluqçusu məhv edilib

MN: Son bir həftədə Ermənistanın 7 hərbi qulluqçusu məhv edilib
16:34 5 Sentyabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır. Həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub".

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib.

 

Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var.

 

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR