“Qəbələ” komandasının sonuncu transferləri Ukraynadakı toplanışda iştirak edirlər

“Qəbələ” komandasının sonuncu transferləri Ukraynadakı toplanışda iştirak edirlər
16:43 5 Sentyabr 2015
48 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” komandası hazırlıqlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-dən Odessada hazırlıqlara başlayan “Qəbələ” gündə bir dəfə məşq edir. Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur.
Roman Qriqorçukun yetirmələri hazırlıqları milli komandaların üzvləri olmadan keçir. Komandamızın sonuncu transferlərindən Vaqif Cavadov və Fakundo Pereyra da məşqlərdə iştirak edirlər. Bundan başqa, “Qəbələ”nin əvəzedici heyətinin üzvü Sahil Mirzəyev də əsas komandanın düşərgəsində hazırlıqdadır.
Altı günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyunu keçirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_komandasinin_sonuncu_transferleri_Ukraynadaki_toplanisda_istirak_edirler-882332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR