Milli Məclisin Aqrar siyasət komitəsi hesabat verdi

Milli Məclisin Aqrar siyasət komitəsi hesabat verdi
14:08 28 Yanvar 2015
489 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda ilk olaraq sədr Eldar İbrahimov komitənin payız sessiyasında gördüyü işlər barədə hesabatla çıxış edib.

E.İbrahimov bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib: “Bu iclaslarda 11 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə edilib. Sessiya dövründə komitəyə 55 vətəndaş imzası ilə ərizə, şikayət və müraciət daxil olub. Bundan başqa 22 vətəndaş komitədə qəbul edilib”.

İclasda üzvlər komitənin 2015-cü il yaz sessiyasında görəcəkləri işlərin planını təsdiq ediblər.

Daha sonra “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Toraq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında” qanunlarda, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edlməsi barədə qanun layihəsi də müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR