Tacikistanda terrorçuların hücumu nəticəsində səkkiz hərbiçi və polis əməkdaşı həlak olub

17:48 5 Sentyabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+


Düşənbə, 5 sentyabr, AZƏRTAC
Tacikistanın Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, ötən gün bir qrup terrorçu Tacikistan Müdafiə Nazirliyinin mərkəzi aparatına və Vaxdat şəhər polis şöbəsinə hücum edib. Həm Düşənbə, həm də Vaxdat şəhərində atışma nəticəsində ümumilikdə səkkiz hərbçi və polis əməkdaşı həlak olub.
Cinayətkarların bir neçəsi məhv edilib, bəziləri saxlanılıb, digərlərinin tutulması istiqamətində iş aparılır. Hüquq mühafizə orqanları Vaxdad şəhərində və Düşənbədə gücləndirilmiş iş rejiminə keçib. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanda_terrorchularin_hucumu_neticesinde_sekkiz_herbichi_ve_polis_emekdasi_helak_olub-882351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR