22 yaşlı bakılı Rusiyanı heyran qoydu (FOTO, VİDEO)

22 yaşlı bakılı Rusiyanı heyran qoydu (FOTO, VİDEO)
18:16 5 Sentyabr 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

22 yaşlı bakılı Emil Kadırov səsi ilə rusiyalıları heyran qoyub. ANS PRESS-in məlumatına görə, o, Rusiyanın Birinci kanalında (1 TV ) yayımlanan məşhur “Qolos” layihəsinin 4-cü mövsümünə iştirakçı kimi qatılıb.

Dünən yarışmada iştirak edən Emil Kadırov “Baila me” (“Mənim üçün rəqs et”) mahnısını təqdim edib. Onun ifası münsiflərlə bərabər tamaşaçıları da heyrətləndirib.

Emilin baroton səsi hətta bir neçə dəfə Polina Qaqarinanı həyəcanlandırıb. Basta isə həyəcanını əli ilə ürəyini tutaraq nümayiş etdirib.

Azərbaycanlı müğənninin ifası gur alqışlarla qarşılanıb. İfasını bitirdikdən sonra Emil Bakıdan olduğunu, Rusiyada təhsil aldığını söyləyib.

Qriqoriy Leps, Polina Qaqarina, Basta (Vasiliy Vakulenko) və Aleksandr Qradskinin daxil olduğu münsiflər heyətinin qarşısında çıxış edən Emil Kadırov növbəti tura vəsiqə qazanıb.

Müğənninin səsinə Aleksandr Qradski və Basta səs verib. Nəticədə Emil Kadırov öz iştirakını Qradskinin komandasında davam etdirmək arzusunda olduğunu deyərək onun seçib.


Emil Kadırov "Qolos" yarışmasında “Baila me” (“Mənim üçün rəqs et”) mahnısını ifa edərkən



Emil Kadırov

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=359969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR