Oktyabrda Qırğızıstan parlamentinə seçkilər keçiriləcək

18:18 5 Sentyabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Bişkek, 5 sentyabr, AZƏRTAC
Oktyabrın 5-də Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər keçiriləcək.
Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının verdiyi məlumata görə, sentyabrın 4-dən seçkilərlə bağlı təbilğat və təşviqat kompaniyasına start verilib. Kampaniya oktyabrın 3-dək davam edəcək.
Məlumatda deyilir ki, seçkilərdə Qırğızıstanın Sosial Demokrat Partiyası, “Ata Jurt”, “Ata Məkan”, “Bir Bol”, “Ar-Namıs”, “Onuquu Proqres”,”Kırqızıstan”,”Azattık”,”Aalam”,”Butun Kırqızıstan Emqek”,”Zamandaş”,” Ulu Kırqızıstan”, “Meken Intımaqi” və “Qırğızıstan xalqlarının Konqresi” partiyaları iştirak edəcək.
Artıq beynəlxalq müşahidəçilərin qeydə alınması prosesi başlanıb.
Seçkilərdə Azərbaycandan müşahidəçilər də iştirak edəcəklər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oktyabrda_Qirgizistan_parlamentine_sechkiler_kechirilecek-882356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR