x
Loading...

Rusiya iqtisadi böhranla mübarizəyə trilyonlar xərcləyəcək - BAŞ NAZİR

Rusiya iqtisadi böhranla mübarizəyə trilyonlar xərcləyəcək - BAŞ NAZİR
14:14 28 Yanvar 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+
.

 Rusiya hökuməti iqtisadi böhranla mübarizə üçün 2,34 trilyon rubl (35 mlrd. ABŞ dolları) xərcləməyi planlaşdırır.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya baş naziriDmitri Medvedevin təsdiqlədiyi sənəddə - iqtisadi böhranla mübarizə paketində qeyd olunub.

 

İqtisadi paketdə büdcədə 10 faiz kəsir olacağı, kiçik və orta müəssisələrin dəstəklənməsi, işsizlik fondlarının gücləndirilməsi və digər tədbirlər nəzərdə tutulub. 2016-2018-ci illərdə isə büdcə kəsiri 5 faiz təşkil edəcək.

 

Qeyd edək ki, Ukrayna böhranı, Qərb ölkələrinin sanksiyaları, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması və rublun xarici valyutaya nisbətdə dəyərdən düşməsi Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Ukraynadakı böhranın həlli ehtimalının azalması, beynəlxalq qiymətləndirmə təşkilatlarından gələn mənfi xəbərlər Rusiya hökumətini böhrana qarşı tədbirlər görməyə məcbur edib.

 

İqtisadi böhranla mübarizəyə xərclənəcək 35 mlrd. dolların böyük hissəsi bankların xarici borclarının ödənilməsinə yönəldiləcək. İşsizliklə mübarizəyə isə 1 mlrd. dollara yaxın vəsait xərclənəcək. Rusiya büdcəsinin önəmli bir hissəsini təşkil edən müdafiə xərclərində isə heç bir azalma olmayacaq.

 

Qeyd edək ki, hökumətin hazırladığı paket bu həftə parlamentdə müzakirəyə çıxarılacaq. Sonra isə prezident Vladimir Putinə təqdim olunacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR