Kursantlar yastıq döyüşündə yaralandılar

Kursantlar yastıq döyüşündə yaralandılar
18:47 5 Sentyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın məşhur West Point Hərbi Akademiyası avqust ayının sonunda keçirilən ənənəvi yastıq döyüşü vaxtı 30 kursantın zədə aldığını təsdiqləyib.
Sosial şəbəkələrdə bəzi döyüş iştirakçılarının yastıqlara kaska və başqa sərt əşyalar gizlətdiyi barədə iddialar yayılıb.
New York Times qəzetinə əsasən xəsarət alanlardan birinin ayağı sınıb, bəzilərinin isə çiyinləri burxulub.
Milli.Az BBC-yə istinadən bildirir ki, hadisə barədə görüntülər ilk dəfə avqust ayında yayılmışdır. Lakin akademiya onların həqiqiliyini təsdiqləmirdi.
Hazırda hərbi tədris müəssisəsi olayın araşdırıldığını bildirir. Kursantlar arasında cəzalandırılan olmayıb.
West Point Hərbi Akademiyasında yastıq döyüşləri ənənəsi XIX əsrdə yaranıb.
Onlar yay təlimlərinin ardınca oxumağa yeni başlayan kursantlar arasında komanda ruhunu "möhkəmləndirmək" məqsədilə keçirilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR