Taxıl problemi olmayacaq

Taxıl problemi olmayacaq
13:21 27 Dekabr 2014
72 Ölkə
Ölkə mətbuatı
A- A+

“Rusiyanın taxıl ixracını tam dayandırması Azərbaycana təsir etməyəcək”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. O bildirib ki, Rusiya taxıl üçün nəzərdə tutulan ixracın 90 %-ni artıq yerinə yetirib. Onların nəzərdə tutduğu və Azərbaycana təsir edə biləcək xüsusi bir ixracı qalmayıb:

“Biz daim beynəlxalq trendləri araşdırırıq. Həm Avropa bazarında, həm də Amerika bazarlarındakı taxılın qiymətlərini izləyirik. Bu il dünya üzrə taxıl ehtiyyatlarının həcmi 7 milyon ton artıb. Bu göstərici taxılla bağlı ciddi bir narahatlığın olmadığını göstərir. Ötən il bu ehtiyyatlar 30 miyon artmışdı. Bu isə qiymətlərin düşməsinə səbəb olmuşdu. Bizim hər hansı bazarla əməkdaşlıq etmək imkanımız var. Dünya taxıl ehtiyyatlarının azalmaması fonunda qiymətlərin artacağını gözləmirik”.

Nazir həmçinin əlavə edib ki, belə hallardan sığortalanmaq üçün dövlət öz taxıl ehtiyyatlarını artırmaq niyyətindədir. Artıq Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye nazirliyi və Fövqəladə hallar nazirliyi birgə çıxışlar edərək hökumətə təkliflər verib:

“Yaxın dövlərdə taxıl ehtiyyatlarının 500 min tondan 700-750 min tona qədər qaldırılması ilə bağlı hökumət qərar verəcək. 700-750 min ton taxıl isə əhalinin 6 aylıq taxıl və un məhsullarına olan tələbatının ödənilməsinə imkan verəcək. Əhali rahat olsun. Bizim ehtiyyatlarımız kifayət qədərdir. Dünyadakı trendlər bizə heç bir riskli şərait vəd etmir”, - deyə H.Əsədov bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=316639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR