Dünyada üstü açılmayan 3 SİRR

Dünyada üstü açılmayan 3 SİRR
19:17 5 Sentyabr 2015
401 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyada üstü açılan çox sirr var. Amma hələ də sirr olaraq qalan bəzi şeylər var ki, araşdırmalar nəticəsində də onları müəyyən etmək mümkün olmayıb. 
Milli.Az sputnik-ə istinadən o üç sirri sizinlə bölüşür.

1. Coca - Cola-nın formulu

Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan Coca-Colanın formulunun indiyədək gizli saxlamasından daha təbii bir şey yoxdur. Bir çox Cola markasının olmasına baxmayaraq, o, hələ də dünyadakı içkilərin lideri olaraq qalır. Tərkibi çox sadə görünsə də və ya bir çox ölkədə istehsal olunsa da, bu formulu kim bilir? Sadəcə iki adam. Onlar birlikdə olarkən colanın tam formululu, əsas düsturu ortaya çıxır. 

Bəs bu içkinin tərkibini necə sirr olaraq saxlayırlar? Formulun orijinalı və surətləri Atlantadakı "SunTrust" Bankında saxlanılır. Bu sirrin yaxşı saxlanması üçün şirkət "SunTrust" Bankına 48.3 milyon dollar pay ayırıb. Coca-Cola şirkətinin siyasətləri arasında sirri bilən 2 adamın eyni təyyarələrdə səyahət etməsi qadağandır. Bütün bu sirrə baxmayaraq, Colanın tərkibində coca bitkisindən bir qatqı olduğu bilinir.

2. KFC-nin 11 şəfalı otu və sousu

KFC firmasının menyu sirləri 1930-cu ildə benzindoldurma məntəqəsi işlədən Harland Sanders-in müştərilərinə satdığı toyuqlardan gəlir. KFC-nin açması  Kentucky Fried Chicken deməkdir. Sanders 1936-ci ildə öz əyalətindən medal da alıb. Bu sahədəki müvəffəqiyyətlərini davam etdirən Sanders restoranlar açmaq qərarına gəlir. Şirkətin ən böyük nailiyyətlərindən biri 11 şəfalı ot və xüsusi sousların hazırlanmasıdır. 

Bəs onların sirrini kim bilir? Coca-Cola firmasında olduğu kimi yalnız 2 idarəçi bu sirri bilir.

Bəs necə sirr olaraq saxlanılır? KFC şirkətinin baş ofisində saxlanılır. Məlumatlara görə, sirr 2 metr qalınlığında divarları olan kameralarla dolu otaqda, 2 fərqli açarı, 2 fərqli PİN kodu olan məkanda saxlanılır. Bəli, bunlar bir toyuq üçün edilir, amma dünyanın ən böyük toyuqsatan firması bunu edincə, insana o qədər də qəribə gəlmir.

3. Oliver Kromvellin başının olduğu yer

Oliver Kromvell (Oliver Cromwell) 1600-cü ildə İngiltərədə monarxiya quruluşunu tək başına sona çatdıran əhəmiyyətli adlardan biridir. Oliverin ölümündən sonra monarxiya quruluşu təkrar qurulub. Kral II Çarlzın əmriylə məzarı qazılaraq ölü Kromvellin "yenidən öldürülməsi" əmri verilib. 

Cəsədini 12 saat ipdə asılı tutan Kral Çarlz Kromvellin başını kəsdirmişdi. Daha sonra Kromvellin kəlləsi muzey tərəfindən alındı və bir kolleksiyaçıya satıldı. Kəllənin son sahibi 1957-ci ildə vəfat edib və oğlu kəlləni saxlamaq istəməyib. Kəlləni basdırmaq üçün 3 il yer axtaran ailə sonunda bunu reallaşdıra bilib. Hazırda 2 adam o kəllənin yerini bilir.

Bəs kim bilir? Kembric (Cambridge) Universitetindən 2 professor.

Bəs necə sirr olaraq saxlanılır? Məzarın üstündə heç bir işarə yoxdur, amma yaxınlarında məzarın istiqamətini göstərən bir işarə var
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/367265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR