x
Loading...

Azərbaycanda ağır qəza: 1 ölü, 1 yaralı

Azərbaycanda ağır qəza: 1 ölü, 1 yaralı
18:27 5 Sentyabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+
.

Ələt-Astara maqistralının Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, "VAZ-2107" markalı avtomaşınla "Mercedes"-in toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.
42-BL-729 dövlət nişanlı "VAZ-2107" avtomobilinin sürücüsü 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızının dalağı partladığından təcili olaraq əməliyyata alınıb.
42-BA-422 dövlət nişanlı "Mercedes" markalı avtomaşının sürücüsü Xolməli kəndinin sakini Hüseynov Fail Xudaverdi oğlu isə qəza nəticəsində xəsarət almayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR