Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı

19:34 5 Sentyabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 5-də saat 17.00 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Faiq Xudaverdi oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 42 BA 422 dövlət nömrə nişanlı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəranın Aşağı Nüvədi qəsəbə sakini, 1937-ci il təvəllüdlü Hidayət Xəlil oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BL 729 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən müxtəlif dərəcəli bədən xəsarətləri almış “VAZ-2107”-nin sürücüsü və onun yanında əyləşmiş nəvəsi, 2011-ci il təvəllüdlü Zeynəb Rüstəm qızı Məmmədova dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq H. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı Zeynəbin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
 
Hadisənin başvermə səbəbləri həyata keçirilmiş avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR