x
Loading...
.

Emre Mourinyo ilə dalaşdı

Emre Mourinyo ilə dalaşdı
14:22 28 Yanvar 2015
353 İdman
Ölkə mətbuatı
A- A+
.

Dünən İngiltərə Liqa Kubokunda “Çelsi” və “Liverpul” komandaları üz-üzə gəliblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “zadəganlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşma qalmaqallı anlarla da yadda qalıb.
 
Belə ki, matçın 11-ci dəqiqəsində “mersisaydlar”ın yarımmüdafiəçisi Emre Canın ayağına basan Dieqo Koşta ilə türk əsilli futbolçu arasında mübahisə yaşanıb. Bu zaman araya girən “Çelsi”nin çalışdırıcısı Joze Mourinyo Emreni davaya təhrik edib. Türk futbolçu da portuqaliyalı mütəxəssisin üzərinə yeriyərək ona cavab verib. Lakin digər futbolçuların araya girməsindən sonra tərəflər sakitləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR