Ermənistan hərbçiləri silahı ataraq qaçıb

Ermənistan hərbçiləri silahı ataraq qaçıb
21:01 5 Sentyabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Silahlı Qüvvələrimiz Ermənistan hərbçilərini geri çəkilməyə məcbur edib.

ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.


Ermənistan hərbçilərinin qoyub qaçdığı silah

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR