Gürcüstanın daxili işlər naziri: “Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir”

13:22 27 Dekabr 2014
61 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 13:13 ]

Tiflis. Nizami Məmmədzadə - APA. “Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Mən bunu alqışlayıram”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan jurnalistlərinə açıqlamasında Gürcüstanın daxili işlər naziri Aleksandr Çikvaidze deyib.

 

Nazir son vaxtlar Gürcüstanın Azərbaycanla sərhəd zolağında yeni nəzarət-buraxılış məntəqələrinin açılmasına və güc nazirlikləri arasındakı əməkdaşlığa da münasibət bildirib: “Mən sərhəd nəzarət-buraxılış məntəqələrinin açılmasını alqışlayıram. Dövlətlərimiz arasında sıx əlaqələr mövcuddur və iqtisadiyyatımız, sosial vəziyyətimiz getdikcə yaxşılaşır. Biz çalışırıq ki, regionda baş verən mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə aparaq və birgə əməkdaşlığımız regionda sabitliyə və təhlükəsizliyin təminatına xidmət etsin. Azərbaycanın güc strukturlarının rəhbərləri ilə yaxşı münasibətlərim var və hər iki dövlətin bu strukturları əməkdaşlığımızı möhkəmləndirməkdə və münasibətlərimizi daha da dərinləşdirməkdə maraqlıdır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR