x
Loading...

Malta ilə qarşılaşacaq yığmamızın - HEYƏTİ

Malta ilə qarşılaşacaq yığmamızın - HEYƏTİ
22:27 5 Sentyabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+
.

Avro-2016-nın seçmə qrup mərhələsində sabah Malta ilə qarşılaşacaq Azərbaycan millisinin meydana çıxacaq start heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, milli komandanın baş məşqçisi Robert Prosineçki Xorvatiya ilə oyunla müqayisədə yalnız bir dəyişikliyə əl atıb.
 
Belə ki, balkanlılarla Bakıdakı oyunla müqayisədə bu dəfə "Neftçi"nin hücumçusu Məhəmməd Qurbanov ilk 11-də meydana çıxmayacaq. Onun əvəzinə isə "Qarabağ"ın futbolçusu Cavid Tağıyev ilk dəqiqələrdən meydanda olacaq.
 
Milli komandamızın start heyəti aşağıdakı oyunçulardan ibarət olacaq:
 
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov, Əfran İsmayılov.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/367286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR